Elektron kitabxana sisteminin və innovasiyaların kitabxanalara tətbiqi

Milli Kitabxanada  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə  Salyan, Neftçala, Göyçay, Ağdaş Mərkəzi Kitabxanalarının əməkdaşları üçün ALİSA  Elektron  Kitabxana Sisteminin  və İnnovasiyaların kitabxanalara tətbiqi mövzusunda keçiriləcən treninqin açılışı olmuşdur.

Treninqi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açmışdır.  Direktor ALİSA  Elektron  Kitabxana Sisteminin  və İnnovasiyaların kitabxanalara tətbiqi mövzusunda təşkil olunacaq treninqin zəruri olduğunu qeyd etmiş, bu barədə tövsiyələrini vermişdir.

Tədbir Milli Kitabxananın Treninq mərkəzində keçirilir. Treninqdə  Ağdaş rayon Mərkəzi Kitabxanası, Göyçay rayon Mərkəzi Kitabxanası, Salyan rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası

əməkdaşları iştirak edirlər. Bu treninqlər mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yerlərdə mədəniyyət işçiləri üçün mütəmadi keçirdiyi qəbullar zamanı kitabxana işçilərinin  nazirə müraciətləri əsasında təşkil edilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında