"SABAH" qrupunun tələbələri Botanika İnstitutunda olublar

Bakı Dövlət Universitetinin "Biologiya müəllimliyi" ixtisası üzrə təhsil alan II kurs "SABAH" qrupunun tələbələri AMEA-nın Botanika İnstitutunun təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimovla görüşüblər. www.science.gov.az saytı yazır ki, tələbələrə müəssisənin tarixi, fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və beynəlxalq əlaqələri haqqında məlumat verilib.

 

Tələbələr daha sonra institutun laboratoriyaları ilə tanış olublar. Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani onlara Azərbaycanın zəngin bitki müxtəlifliyi, onun qorunması və tədqiqində Herbari Fondunun önəmindən danışıb. Qeyd edib ki, respublikada 135 fəsilə, 1065 cinsi əhatə edən 600.000-ə yaxın nüsxədən ibarət Qafqazda ən mühüm hesab edilən zəngin herbari kolleksiyası Botanika İnstitutunda saxlanılır.

Daha sonra Alqalogiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarova tələbələri ibtidai bitkilərə aid nümunələrin saxlandığı institutun alqotekası ilə tanış edib. Qeyd edilib ki, bu herbaridə Azərbaycanın Xəzəryanı bölgələrinin diatom və göy-yaşıl yosunlarına aid 1600, şibyələrə aid 830 və mamırlara aid 378 növ tədqiq edilərək saxlanılır.

Laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Aygün Babanlı isə tələbələrə şibyə və mamırların quruluşu, təsnifatı, filogeniyası, təkamülü və s. haqqında geniş məlumat verib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında