Peşəyönümü bacarıqları təkmilləşdirilir

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı, Peşə Təhsili və Təlimi Proqramı” çərçivəsində “Məşğulluq mərkəzlərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin mütəxəssisləri üçün peşəyönümü işinin aparılması üzrə bacarıqların təkmilləşdirilməsi” mövzusunda keçirilən təlimlər başa çatıb.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ilk peşə-ixtisas təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak ediblər.

Beynəlxalq ekspertlər tərəfindən keçirilən təlimin məqsədi məşğulluq mərkəzləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri üçün peşəyönümü işinin aparılması üzrə bacarıqların təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə fəaliyyət göstərən yerli strukturların nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi olub.

Tədbirin sonunda təlimdə fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

                                                                         Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında