İdman məktəblərinin əməkdaşları üçün seminar

 Təhsil Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı ilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, məşqçi-müəllimləri, həkimləri və idmançıları üçün seminar keçirilib.  

Seminarda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda  Təhsil Nazirliyi sistemində 76 idman məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdən 3-ü Uşaq-Gənclər İdman Məktəbi, 13-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 60-ı isə Uşaq-Gənclər İdman-Şahmat Məktəbidir. İdman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2014-cü ildə 1994, 2017-ci ildə isə 2346 medal qazanıblar.

Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli agentlik haqqında məlumat verib, idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizədə aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən bəhs edib.

Sonra Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları tərəfindən mövzu ilə bağlı təqdimatlar edilib və suallar cavablandırılıb.

 

                                             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında