Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə müsabiqə

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə aktual və müasir elmi problemlərin həlli istiqamətində elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunub.

www.science.gov.az saytı yazır ki, qaliblərin hər birinə müvafiq diplomla bərabər, I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün isə 1500 manat mükafat veriləcək.

Müsabiqədə namizədliyi AMEA-nın həqiqi və müxbir üzvləri və ya AMEA-nın elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 30-dək olan akademiyanın gənc alimləri iştirak edə bilərlər.

                                                           Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında