Şahmat haqqında dəyərli kitab

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən C. Naxçivanski adına Hərbi Liseyin müəllimi olmuş Vəli Vəliyevin “Şahmat milyonlarla insanın sevimli oyunudur” kitabı nəşr olunub.

www.science.gov.az saytının məlumatına görə, dörd hissədən ibarət olan kitabda dərin düşünmə və təhliletmə qabiliyyətini artıran, möhkəm iradə tərbiyə edən, “ağlın gimnastikası” kimi dəyərləndirilən şahmat oyununun zəngin yaradıcı məzmunu, şahmat strategiyasının qurulması, dünyanın qabaqcıl şahmatçılarının oyun taktikası, şahmatın böyük tərbiyəvi əhəmiyyəti haqqında məlumat verilir.

Qeyd edək ki, yeni nəşr Vəli Vəliyevin ikinci kitabıdır. Müəllifin “Abbasqulu ağa Bakıxanovun dilçilik fəaliyyəti” adlı monoqrafiyası 2012-ci ildə nəşr olunmuşdu.

                                                                                     Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında