ATU-da elmi şuranın iclası keçirilib

Azərbaycan Tibb Universitetində Böyük Elmi Şuranın iclası keçirilib. Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev gündəliyə keçməzdən öncə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 31 martın Azərbaycanda soyqırımı günü kimi qeyd olunduğunu deyib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dosent Nadir Zeynalovun “Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunda 2017-2018-ci tədris ili ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabat məruzəsi dinlənilib.

Hesabat ilinin daha dolğun mənzərəsini vermək üçün son 3 ilin statistikasına istinad edən prorektor universitetə 2015/2016-cı dərs ilində 179, 2016/2017-ci dərs ilində 689, 2017/2018-ci ildə isə 613 nəfərin qəbul olunduğunu bildirib. Qeyd edib ki, ATU-nun xarici ölkələrdə daha yaxşı tanınması və nüfuzunun artması, bəzi ölkələrdə (İraq) ATU-nun diplomunun dövlət səviyyəsində tanınması, ölkəmizdə olan sabitlik və əmin-amanlıq, həmçinin təhsil haqqının rəqabətli olması xarici tələbələrin axınının başlıca şərtidir. Cari dərs ilində qəbul olunmuş əcnəbi tələbələrin sayının bir qədər azalması isə universitetin auditor fondunun və əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının məhdud olması ilə bağlıdır. Gələcəkdə həm auditor fondu, həm də əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının artması əcnəbi tələbələrin qəbulunun artırılmasına imkan verər.

Əcnəbi vətəndaşlar və vətən­daşlığı olmayan şəxslərin ATU-ya daxil olması üçün hazırlıq kursunun təsis olunması və kursa qəbulun ildə 2 dəfə aparılması təklifini şura üzvlərinin diqqətinə çatdıran N.Zeynalov qeyd edib ki, bu kurs ATU-nun struktur vahidi olmayaraq Azərbaycan, ingilis, rus dili, fizika, kimya və biologiya üzrə dərslərdən ibarətdir. Kursun təşkili işinin xarici tələbələrlə iş üzrə dekanlığa, dərslərin aparılmasının isə müvafiq kafedralara həvalə edilməsi nəzərdə tutulur.

Məruzə ətrafında çıxış edənlər hesabatı yüksək qiymətləndirərək universitetin xarici əlaqələri ilə bağlı fikirlərini söyləyiblər, mövcud problemlərdən danışaraq təkliflər irəli sürüblər.

Müzakirələrə yekun vuran S.Əliyev qısa müddətdə əcnəbi tələbələrin sayının 3-4 dəfə artmasını beynəlxalq əlaqələr üzrə işin birinci müsbət göstəricisi kimi dəyərləndirib. 

Xarici tələbələrlə işləyən müəl­limlərin seçimi zamanı diqqətli olmağı tövsiyə edən Sabir Əliyev bildirib ki, seçilən müəllimlərin pedaqoji ustalığı, əqidə saflığı, mədəniyyəti, davranışı, savadı və dil bilgiləri nəzərə alınmalıdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında