ATU-nun Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb. Klinikanın III cərrahi xəstəliklər kafedrasının assenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev bildirib ki, şöbədə ən müasir tipli estetik və rekonstruktiv cərrahi əməliyyatlar həyata keçirilir.

Şöbədə hazırda xarici mütəxəssislə yanaşı, yerli həkimlər də çalışır. Burada palatalar, sarğı otaqları tam müasir formada hazırlanıb. Şöbənin nəzdində 3 ədəd tək nəfərlik, 3 ədəd iki nəfərlik palata pasiyentlərin ixtiyarına verilib.

M.Abdullayev son illər ölkədə plastik əməliyyatlara təlabatın artdığını bildirib: ”Orta yaş və bir az artıq yaşlı xanımlarımız üzgərmə və göz ətrafında olan əməliyyatlara üstünlük verirlər. Bu şöbənin işindən yalnız qadınlar deyil, kişilər də faydalanırlar. Kişilərdə blefaroplastika əməliyyatları həyata keçirilir. Bu, gözaltı torbaların aradan qaldırılmasıdır. Həmçinin liposaksiya—qarın yağlarının ləğvi ilə bağlı müraciətlər olur”.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında