“Tarixin görünən və görünməyən üzü”

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Tarixin görünən və görünməyən üzü” mövzusunda tədbir keçirilib.

ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, universitetin Heydər Əliyev lektoriyasının rəhbəri, İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsini bir millətə qarşı soyqırımı olduğunu deyib. Qeyd edib ki, 100 il əvvəl baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən vandalizmin, faciənin növbəti nümunəsi kimi yaddaşımıza həkk olunub. Təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb.  Qədim binalar, ziyarətgahlar, Azərbaycan və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası
top atəşinə tutulub.

Soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində erməni təcavüzkarlarının terror hərəkətlərinə hüquqi-siyasi qiymət verilib. Zaman-zaman azərbaycanlılara qarşı aparılan soyqırımı və deportasiya siyasətinin geniş təhlilinə əsaslanan bu tarixi sənəddə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilib.

 Məhərrəm Zülfüqarlı qırğınlarda ermənilər tərəfindən Şamaxının 75 kəndinin yerlə-yeksan edildiyini deyib. Şamaxıya hələ martın ortalarında iki min erməni əsgəri və silah-sursat yüklü 60 maşının göndərilməsi əvvəlcədən qırğına hazırlıq aparıldığına sübutdur. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmur, əksinə, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

 ATMU-nun prorektoru İranə Əliyeva tələbələrə xalqımızın tarixi taleyi ilə bağlı məsələlərdə vətəndaş mövqeyi göstərməyi tövsiyə edib.

Soyqırımına həsr olunan tədbirin sonunda “Tarixin görünən və görünməyən üzü” adlı sənədli film nümayiş
etdirilib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında