Azərbaycan Universitetində soyqırımı gününə həsr olunmuş tədbir

Azərbaycan Universitetində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini giriş sözü ilə açan universitetin rektoru Səadət Əliyeva   bildirib ki, 1918-ci ilin mart – aprel aylarında  Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin  faciəli səhifələrindəndir. Soyqırımı faktları ilə bağlı həqiqətlər uzun  illər saxtalaşdırılıb və ictimaiyyətdən gizlədilib. Müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin mart soyqırımının 80-ci ildönümü ərəfəsində imzaladığı fərmandan sonra dövrün obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib, uzun illər təhrif olunmuş faktlar və həqiqətlər ortaya çıxarılıb. Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam isə  mənfur qonşularımızın tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addımdır.

Sonra rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva “Azərbaycan dövlətinin 1918-ci il Mart soyqırımına hüquqi qiymət verilməsi istiqamətində tədbirləri”, dosent Boran Əziz “1918-ci ilin martında türk-müsəlman soyqırımı haqqında”, professor Qabil Əliyev “1918-ci il soyqırımlarının qarşısının alınması tədbirləri haqqında”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi İradə Əliyeva “Çar Rusiyasının Şimali Azərbaycanda zorakı xristianlaşdırma siyasəti – soyqırımı hadisəsi kimi” mövzusunda məruzələrlə çıxış ediblər. Tədbir “1918-ci ilin mart soyqırımı sənədlərin dili ilə” videoçarxının nümayişi ilə
yekunlaşıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında