Tarixin görünən və görünməyən üzü

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 Mart Azərbaycanlıların Soyqrımı Gününə həsr olunan “Tarixin görünən və görünməyən üzü” mövzusunda tədbir keçirilib.

ATMU-nun mətbuat xidmətindən  bildiriblər ki, universitetin Heydər Əliyev lektoriyasının rəhbəri, dosent  Məhərrəm Zülfüqarlı 1918--1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalisinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsini bir millətə qarşı soyqırımı olduğunu deyib. Qeyd edilib ki, 100 il əvvəl baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən vandalizmin, faciənin növbəti nümunəsi kimi yaddaşımıza həkk olunub. Qırğınlar zamanı təkcə Bakı və ətraf  kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb.  Ermənilər hətta qədim binaları, ziyarətgahları, Azərbaycan və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşi ilə dağıdıblar. Bildirilib ki, soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub. Şamaxının 75 kəndi yerlə-yeksan edilib. Şamaxıya hələ martın ortalarında iki min erməni əsgəri və silah-sursat yüklü 60 maşının göndərilməsi əvvəlcədən qırğına hazırlıq aparıldığına sübutdur.

Prorektor İranə Əliyeva tələbələrə xalqımızın tarixi taleyi ilə bağlı məsələlərdə nümunəvi vətəndaş mövqeyi göstərməyi tövsiyyə edib.

Soyqırımına həsr olunmuş tədbir ”Tarixin görünən və görünməyən üzü” adlı sənədli filmin nümayişi ilə  başa çatıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında