Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir

Təhsil Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba Rayon Təhsil Şöbəsinin dəstəyi və rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Soyqırımı - 100” adlı tədbir keçirilib.Tədbirdə Bakı və Quba məktəbliləri ilə yanaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Təhsil Nazirliyi ilə birgə layihəsi çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan Respublikasından olan məktəblilərin mübadilə proqramına cəlb olunmuş 50 nəfər məktəbli də iştirak edib.

Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Sonra onlar Quba rayon Gənclər Mərkəzində rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təşkil etdiyi əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova çıxış edərək türk xalqlarının ortaq dəyərlərinin böyüyən nəslə çatdırılmasının, Azərbaycan xalqının sağalmaz yaralarından olan belə bir günün məktəblilər tərəfindən anılmasının, eyni zamanda, qardaş türk xalqlarının ölkəmizdə səfərdə olan yeniyetmələrindən ibarət heyətin soyqırımı ilə bağlı həqiqətləri görməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən təşkil edilmiş çıxışlar və mart soyqırımına həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.

Əlipənah BAYRAMOV,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında