Əlaçı tələbələrlə görüş

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplayan tələbələrlə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək dövlətin aqrar təhsilə artan qayğısından, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsindən, o cümlədən Tələbə evlərinin istifadəyə verilməsinin təhsilin keyfiyyətinə müsbət təsirindən söhbət açıb.

Görüşdə imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplamış əyani təhsil formasının tələbələrinin stimullaşdırılması məqsədilə büdcədənkənar vəsait hesabına  2018-ci il martın 1-dən iyulun 5-dək  təqaüdələrinə 6 fənn üzrə 100 manat, 5 fənn üzrə 70 manat, 4 fənn üzrə 50 manat əlavələr ediləcəyi elan olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında