Ən böyük tələbə yataqxanası tikilir

Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub.  0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.

Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Samirə Əliyeva, 
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında