Qərb bölgəsinin tarixi məkanları ilə tanışlıq Şamaxı məktəblilərinin ürəyincə olacaq

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şamaxının ümumtəhsil məktəblərinin əlaçı və nümunəvi şagirdlərindən ibarət qrup martın 26-da səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınmışdır.

Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzi parkında müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzərək ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Yolasalma mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqti­sadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Çıxış edən valideynlər məktəblilərə qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə minnətdarlıqlarını bildirmiş, şagirdlər isə aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərindən danışmış­lar.

Tur-aksiya iştirakçıları musiqi sədaları altında rəqs etmiş, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin çıxışlarına tamaşa etmişlər.

Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşmüşlər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında