Təhsil Nazirliyində orta ixtisas təhsili məsələləri müzakirə olunmuşdur

Bu münasibətlə keçirilən kollegiya iclasında təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Nazir bildirib ki, orta ixtisas təhsili ölkəmizdə milli təhsil sisteminin nüfuzunun yüksəlməsində və intellektual potensialın formalaşmasında böyük əhəmiyyətə malikdir.
Orta ixtisas təhsilinin cəmiyyətdə yeri və rolundan bəhs edən Misir Mərdanov son illər müvafiq sahə üzrə görülən işləri də nəzərə çatdırıb. Nazir təhsilin bu pilləsi üzrə aparılan dəyişikliklərin, qəbul olunan normativ hüquqi sənədlərin əhəmiyyətini vurğulayıb və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən müvafiq sənədlərin hazırlandığını deyib.Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Misir Mərdanov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nda nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsinin vacib məsələlərdən olduğunu qeyd edib.
Nazir bildirib ki, bu məqsədlə orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin öyrənilməsi, statistik məlumatların təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün ötən ilin sonlarında monitorinq keçirilib. Dövlət orta ixtisas təhsili müəssisələrinin ixtisas profilləri üzrə təsnifatı haqqında danışan nazir, eyni zamanda son illər bir sıra kolleclərin müvafiq nazirlik, şirkət və konsernlər, işəgötürənlərlə sıx əlaqələr yaradaraq, onların köməyi ilə maddi-texniki bazanın möhkəmləndirilməsində, dərs və dərs vəsaitlərinin hazırlanmasında müsbət nəticələr əldə etdiyini vurğulayıb. Daha sonra təhsil naziri son 5 ildə orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin, ştatda olan müəllimlərin sayı, müəllim-tələbə nisbəti, bu müəssisələrə tələbə qəbulu barədə ətraflı məlumat verib. Nazir 2005-2010-cu illərdə kolleclərdə təhsil almaq üçün ərizə verənlərin sayının artdığını bildirərək əlavə edib ki, 2005-ci ildə 1 yerə ərizə verənlərin sayı 2,1, 2010-cu ildə isə 3,1 nəfər olub.
Kollegiya iclasında Misir Mərdanov hər bir orta ixtisas təhsili müəssisəsi üzrə məzunların işlə təmin olunması və onların təhsillərini davam etdirməsinə dair rəqəmləri nəzərə çatdırıb, həmçinin kolleclərin fəaliyyətində aşkar edilmiş müəyyən nöqsanları da qeyd edib.
Monitorinqin ümumi nəticələri ilə iclas iştirakçılarını tanış edən təhsil naziri Misir Mərdanov orta ixtisas təhsili müəssisələrinin istilik sistemi ilə təchizatı, onların informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, təmirə ehtiyacı olan kolleclərin müəyyənləşdirilməsi, bu sahə üzrə dərs vəsaitlərinin hazırlanması və digər mühüm məsələlərlə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verib.
Sonda müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında