Gürcüstan ali məktəblərində 3 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır

İndi Gürcüstanın dövlət özəl institutlarında 10 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Onların da 3 minə yaxını Azərbaycan vətəndaşlarıdır.

Milli.Az report.az-a istinadən bildirir ki, azərbaycanlıların böyük bir hissəsi özəl universitetlərdə təhsil alırlar.

Ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, 2017-2018-ci tədris ilində azərbaycanlıların sayı 2691 nəfər olub. Gürcüstan Boloniya təhsil bəyannaməsinə (Avropa ali təhsil məkanı bəyannaməsi) qoşulduğu üçün xarici tələbələrin qəbulu yanvarda həyata keçirilib. Azərbaycan vətəndaşlarının 500-ü Gürcüstanın dövlət, qalanı isə özəl ali məktəblərində ali təhsil alırlar.

Gürcüstanın Təhsil və İdman Nazirliyi və Tələbə Qəbulu üzrə Ali Attestasiya Komissiyası xarici ölkə vətəndaşlarının təhsilini və universitetlərin fəaliyyətini daim diqqətdə saxlayır. 2017-ci ilin sonlarında iki özəl universitetin (özəl tibb və özəl sosial ixtisas üzrə universitetlər) akkreditasiyası ləğv olunub. Təhsildən yayınan və imtahanlardan qeyri-kafi qiymətlər alan 200-ə yaxın xarici tələbənin statusu dayandırılıb.

İ.Cavaxişvili adına Tbilisi Dövlət, Tbilisi Texniki, Gürcüstan Tibb, Gürcüstan Pedaqoji və digər dövlət universitetlərində təhsil alan tələbələrlə bağlı ciddi problem yoxdur. Dövlət universitetlərində gürcü və tədris üçün tələb olunan digər dilləri bilməyən tələbələr üçün bir illik hazırlıq kursları təşkil olunub.

Nazirlik və komissiya Tbilisi Açıq Universiteti, Tbilisi Humanitar Universiteti, Qafqaz Beynəlxalq Universiteti və digər özəl universitetlərdə yoxlamaları davam etdirir. Təkcə 2018-ci ilin ilk iki ayında 100-dən çox tələbənin statusu ya müvəqqəti, ya da tam dayandırılıb. Buna səbəb tələbələrin imtahanlardan qeyri-kafi qiymət almaları və tədris dilini zəif bilmələri olub. Tbilisi Humanitar Universitetində tələbələr üçün pulsuz dil kursları təşkil olunub. Digər universitetlərdə də bu istiqamətdə iş aparılır.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanın ali məktəblərində on mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunların 4 mindən çoxu Hindistan vətəndaşlarıdır. 2017-2018-ci ildə Gürcüstan ali məktəblərinə qəbul olan xarici tələbələrin sayı 2016-2017-ci tədris ilində qəbul olunanların sayından 2 min nəfər çoxdur.

Gürcüstandakı xarici tələbələrin 7 mindən çoxu tibbi və sosial, 2 mindən çoxu humanitar və incəsənət, qalanları isə tikinti və sənaye istehsalı sahələri üzrə təhsil alırlar.

Gürcüstan 2006-cı ildə Boloniya təhsil sisteminə qoşulub. Xarici tələbələr də Gürcüstanda bakalavr, magistr və doktorluq dərəcəsi üzrə gürcü, ingilis, rus, alman və fransız dillərində tibb, hüquq, iqtisadiyyat, biznes, filologiya və digər istiqamətlər üzrə təhsil ala bilərlər.

 

 İ.Əmənullayev,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında