Madalet Başustaya Avrasiya Universitetinin Fəxri doktoru adı verilib

Türk dünyasının, demək olar ki, bütün dünyada tanınmış fəal qadınlarından olan Madalet Başustaya Avrasiya Universitetinin Fəxri doktoru adı verilib. Bu münasibətlə təşkil edilən, alim və tələbələrin iştirak etdiyi tədbirdə öncə universitetin rektoru çıxış edərək Madalet Başustanın türk qadınlarının dünyada geniş tanıdılmasında rolu, Azərbaycan--Türkiyə qardaşlığının güclənməsi üçün gördüyü işlər və ümumiyyətlə, fəaliyyəti barədə geniş danışıb. O, universitetin qərarı ilə M.Başustaya Fəxri doktorluq verildiyini bildirib. Bununla bağlı sənəd, diplom və medal Madalet Başustaya təqdim edilib.

Təqdimetmə mərasimində millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxış edərək ümummilli liderimiz H. Əliyevin dediyi kimi “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və mən Madalet xanım başda olmaqla gələn qonaqlara Vətəninizə xoş gəldiniz, demək istəyirəm”-- deyib. Q.Paşayeva Madalet Başustanın gördüyü böyük işlərdən danışıb və Avrasiya Universitetinə bu addımı üçün təşəkkürünü bildirib.

Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da yaxından tanıdığı Madalet Başustanın həyat yolundan danışıb, gənc qızları ondan öyrənməyə çağırıb və Avrasiya Universitetinə təşəkkürünü bildirib.

Tədbirdə Madalet Başustanın həyat yoldaşı, uzun illər TRT-nin fəal əməkdaşlarından olmuş, dəyərli ziyalı Hüseyn Başusta da iştirak edib. O, çıxış edərək Azərbaycanda onlara göstərilən böyük diqqət və məhəbbət üçün təşəkkürünü bildirib və Madalet Başustanın həyat yolundan geniş danışıb.

“Bir Millət, iki Dövlət anlayışı hər zaman bizim üçün çox anlamlıdır və belə də olacaq”-- deyən Madalet Başusta Avrasiya Universitetinə xüsusi təşəkkürünü bildirib və “Fəxri Doktorluq adına qardaş Azərbaycanda layiq görülməyin mənim üçün bir başqa anlamı var”-- deyib.

Tədbir çərçivəsində Avrasiya Universitetinin rektoru Nazim Hüseynli ilə qonaqlar arasında geniş görüş və müzakirələr aparılıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında