Məktəblərarası bilik yarışması

AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məktəblərarası viktorina keçirilib. www.science.gov.az saytının məlumatına görə Azərbaycanın zəngin tarixinin öyrənilməsi, eyni zamanda, muzeyə və maarifləndirici yarışlara marağın artırılması məqsədilə keçirilən intellektual yarışda Xətai rayonu 55 nömrəli tam orta məktəb, Səbail rayonu T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

 

Bilik yarışmasının sualları orta məktəbin “Azərbaycan tarixi” fənni proqramına və muzeyin elmi-ekspozisiyasına uyğun olaraq hazırlanıb.

Viktorina Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb. İştirakçılara aparıcı tərəfindən verilən suallar, eyni zamanda, monitorda slayd vasitəsilə müşayiət olunub. Yarışmanın turları “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr”, “Milli Azərbaycan Tarixi Muzeyini necə tanıyırsan?” mövzuları üzrə keçirilib. Maarifləndirici yarışda hər biri altı nəfərdən ibarət üç komanda – “Odlar yurdu”, “Xəzər”, və “Sabah” komandaları iştirak edib.

İntellektual yarışda komandaların cavabları muzeyin direktoru, akademik Nailə Vəlixanlı başda olmaqla elmi işçilərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bilik yarışmasının qalibi Xətai rayonu 55 nömrəli tam orta məktəbin “Odlar yurdu” komandası olub.

 

Ə.BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında