“Lisenziyalar və icazələr” portalı istifadəyə verilib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə adıçəkilən portalın istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemləri vasitəsilə portala inteqrasiya olunan təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin stimullaşdırılması, lisenziyalar və icazələr sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan kompleks islahatlar barədə məlumat verib. Qeyd edilib ki, bu islahatların tərkib hissəsi olaraq, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı 330-dan 86-ya endirilib, yeni verilən və qüvvədə olan müddətli lisenziyalar müddətsiz müəyyən edilib, lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib və prosedurlar sadələşdirilib.

Tədbirdə sahibkarlıq fəaliyyəti növü üzrə lisenziya almaq istəyən şəxslər tərəfindən portal vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciətin göndərilməsi və qəbulu prosesi nümayiş olunub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2015-ci il noyabrın 2-dən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılıb və indiyədək 5311 lisenziya verilib ki, bunun da 2719-u yeni verilən, 2592-si isə müddətsiz lisenziya ilə əvəz edilən və yenidən rəsmiləşdirilən lisenziyalardır.

 

Ə. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında