Yeraltı qaz anbarlarındakı qazın həcmi 3 milyard kubmetrə çatdırılacaq

SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədovun açıqlamasında bildirilir ki, qaz anbarları hər bir ölkə üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Hesab olunur ki, ölkədə qaz anbarlarının həcmi ümumi ölkədaxili istehlakın 20 faizindən aşağı olmamalıdır. Bəzi ölkələr öz qaz anbarlarını həmin minimum həddə çatdırmağa çalışırlar. Azərbaycanda isə qaz anbarlarının həcmi 3,5 milyard kubmetr civarındadır, bu da ölkənin ümumi təbii qaz tələbatının 30-33 faizini təşkil edir. Azərbaycanın iki böyük yeraltı qaz anbarı var. Qaz anbarları əsasən ilin isti çağında doldurulur. Yaz-yay fəslində qışdan qalan qalığın üstünə əlavə qaz həcmləri vurulur və növbəti qış aylarında istehlakçılara verilir. Ötən il Qaradağ yeraltı qaz anbarına 1,145 milyard kubmetr, Qalmaz anbarına isə 792 milyon kubmetr civarında əlavə təbii qaz həcmi vurulub.

İ.Əhmədov deyib ki, hazırda SOCAR Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının genişləndirilməsini həyata keçirir. Yaxın illərdə həmin anbarların həcminin 5 milyard kubmetrə çatdırılması hədəflənir. Qaz anbarlarının genişləndirilməsi beynəlxalq kommersiya əməliyyatları baxımından əhəmiyyət kəsb edir. Gələcəkdə ölkədə təbii qazın hasilatı ilə yanaşı, tələbatın da artacağını nəzərə alsaq, aydın olur ki, qaz anbarlarının genişləndirilməsi həm də ölkənin enerji təhlükəsizliyi baxımından vacibdir: “Bu ilin payızına kimi qaz anbarlarına əlavə qaz vurulandan sonra anbarlarda 2,9 milyard kubmetr civarında təbii qaz yığılacaq, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 10 faiz artım təşkil edəcək”.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında