Zavodun istehsal gücü artır

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu  2012-ci ildə alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir.

Zavoddan verilən məlumata görə,  çeşidləmə zamanı tapılmış 900-dən artıq müxtəlif növ sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və.s.) toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 400 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda ən sərt ekoloji tələblərə cavab verən 4-cü nəsil texnologiyalarla inşa edilən bu müəssisə il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külü ötən ilin dekabr ayında Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min kvadratmetr təşkil edən yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub.

Zavodda 170-dən artıq Balaxanı sakini daimi iş yeri ilə təmin olunub.

Ə. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında