Pambıqçılıqla bağlı müvafiq qurumlara tapşırıqlar verildi

Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 2017-ci ilin pambıq istehsalının yekunu və 2018-ci ildə pambıqçılıq sahəsində qarşıda duran vəzifələrdən danışan nazir Heydər Əsədov cari ildə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən edilməsi, onların qarşısında duran vəzifələrdən danışıb. Təhkimçilərə rayonlar üzrə pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, pambıq əkini üçün pay torpaqlarına üstünlük verməklə əkinə yararlı, su təminatı olan sahələrin müəyyənləşdirilməsi, toxum, gübrə, pestisid və texnikaya olan tələbatın və təminatın dəqiqləşdirilməsi, sahələrdə şumun və aratın aparılmasının yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması və s. məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib. Yerlərdə pambıq əkinləri ilə bağlı yarana biləcək problemlərin (texnika, toxum, gübrə, pestisid və s.) operativ həll olunması məqsədilə “Aqrolizinq” ASC-yə, o cümlədən nazirliyin müvafiq şöbələrinə və qurumlarına tapşırıqlar verilib.

Tədbirdə həmçinin Nazirliyin Aqrar Elm, İnformasiya, Məsləhət Mərkəzinin, elmi-tədqiqat institutlarının və Nazirliyin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə birgə mütəmadi və davamlı olaraq bölgələrdə pambıqçılığın elmi-əsaslarla inkişaf etdirilməsi, gübrələrdən, pesdisitlərdən düzgün istifadə olunması qaydaları barədə seminarların keçirilməsinin təşkili və digər məsələlər müzakirə olunub.

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında