Beynəlxalq mühasibat uçotu sisteminə keçidin zəruriliyi müzakirə olunmuşdur

Fevralın 25-də Bakıda "Milli mühasibat uçotu sistemində islahatlar: ilkin nəticələr" mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə beynəlxalq mühasibat uçotu sisteminə keçidin zəruriliyi barədə məlumat vermişdir. Bildirilmişdir ki, standartların tətbiqi ilə əlaqədar ilkin mərhələ 2005-2008-ci illəri əhatə etmişdir. Həmin dövrdə beynəlxalq standartlar Azərbaycan dilinə tərcümə olunmuş, 37 büdcə, 24 kommersiya və 1 qeyri-hökumət təşkilatı üçün hazırlanmış və təsdiq olunmuşdur. Həmin dövrdə lazımi normativ-hüquqi və metodoloji baza formalaşdırılmışdır. 2-3 ildən bir qəbul olunan yeni standartların tərcüməsi üçün də müvafiq şərait yaradılmışdır. 2010-cu ildə qəbul olunmuş son standartlar artıq təqdim olunmuşdur. Bununla yanaşı, yeni standartların tətbiqi və hesabatların qəbul olunması bir sıra problemlərin də mövcudluğunu aşkar etmişdir. İlk növbədə, mühasibat uçotu və audit sahəsində yeni bilik və bacarıqlara malik mütəxəssislərin kifayət qədər olmaması məlum olmuşdur. Həmin problemi aradan qaldırmaq üçün islahatların 3-cü mərhələsində nəzərdə tutulan bəzi tədbirlərin təxirə salınmadan həyata keçirilməsinə başlanılmışdır.
Hazırda Təhsil Nazirliyi ilə birgə ali təhsil ocaqlarında müvafiq ixtisaslar üzrə tədris yalnız beynəlxalq və milli mühasibat uçotu standartları üzrə təşkil olunmuşdur.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bu məsuliyyətli işi həyata keçirmək üçün yeni trenerlərin hazırlanmasının zəruriliyini diqqətə çatdırmışdır.
Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət şöbəsinin müdiri Mayıl Rəhimov, Milli Məclisin deputatları, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında