BP və Bakı Ali Neft Məktəbi tərəfindən “Mühəndislər üçün biznes təhsili” proqramına başlanılıb

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “BP Azərbaycan”ın iştirakı və maliyyə dəstəyi ilə yerli mühəndislərin inkişafına töhfə olaraq, “Mühəndislər üçün biznes təhsili” kursuna start verilib.

Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə deyib: “Bu gün BP şirkəti ilə tərəfdaşlığımız yeni mərhələyə daxil olur. Əminəm ki, Bakı Ali Neft Məktəbində həyata keçirilən bu layihə gənclərimiz üçün faydalı olacaq, onları daha da böyük uğurlara doğru aparacaq. Bakı Ali Neft Məktəbi SOCAR-ın ən uğurlu sosial layihələrindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılan bu ali təhsil ocağı artıq texniki təhsilin avanqardına çevrilib, ölkə daxilində yeni standartın əsasını qoyub. Bu da ölkədəki digər təhsil müəssisələri üçün əlavə stimuldur və ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində təkanverici rol oynayır”.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında