Əhalinin 38 faizi aqrar sektorda çalışır

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri ilə görüşüb. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, görüşün məqsədi Cənubi Qafqazın kənd regionlarında davamlı inkişaf və enerji təhlükəsizliyi naminə təbii sərvətlərin və ətraf mühitin dayanıqlı idarə olunması sahəsində yeni əməkdaşlıq proqramının - “Otlaqların idarə edilməsinin təkmilləşdirilməsi” və “Kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğu üzrə müasir tələblərə cavab verən indikatorların hazırlanması və qiymətləndirmənin aparılması” layihələrinin müzakirəsi olub.

İ.Quliyev Azərbaycanda fermer və sahibkarlara kənd təsərrüfatı texnikalarının, mineral gübrələrin, damazlıq heyvanların güzəştlə verildiyini, onların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edildiyini, həmçinin ixracyönümlü sahələrə, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa böyük diqqət yetirildiyini xatırladıb.

Nazir müavini Azərbaycanın tarixən əkinçilik və heyvandarlıqla məşğul olduğunu və əhalinin 38 faizinin aqrar sektorda çalışdığını qeyd edib. O, həmçinin bildirib ki, Azərbaycan neft ölkəsi olsa da, hazırda qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda infrastruktur layihələr həyata keçirilir.

 

Vaqif BAYRAMOV,
”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında