Azərbaycanda güzəştli biznes kreditləşməsinin həcmi artırıla bilər

Azərbaycanın 2018-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinə əsasən, bu il Sahibkarlığa Kömək Milli Fondu (SKMF) xətti ilə 170 milyon manat dəyərində güzəştli kreditlərin ayrılması planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin fondun sədri Şirzad Abdullayevin sözlərinə istinadən yaydığı məlumatda bildirilir ki, qurum bu il maliyyələşdirilmənin həcmini, eyni zamanda, 200 milyon manatadək artıra bilər. Bu məsələdə hər şey banklar və sahibkarlar arasında razılaşmalardan asılıdır.

Qeyd edək ki, SKMF 1992-ci ildə yaradılıb.Sahibkarlara kreditlərin verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsi ilə həyata keçirilir. 2017-ci ildən başlayaraq SKMF güzəştli kreditləşdirilməni yalnız qaytarılmış vəsaitlər hesabına ayırır.

1992-2017-ci illər ərzində sahibkarlara SKMF xətti ilə ümumi dəyəri 4,5 milyard manat təşkil edən layihələrin həyata keçirilməsi məqsədi ilə 2,1 milyard manat məbləğində güzəştli kreditlər verilib. Kreditlər 34 600 sahibkara təqdim olunub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında