Sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 5,4 milyon manatdan çox güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən, müasir istixana komplekslərinin yaradılması, corab istehsalı, süd emalı, heyvandarlıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 200 yeni iş yerinin açılmasına imkan yaradacaq.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, indiyədək Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 597 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində güzəştli kredit ayrılmış corab istehsalı müəssisəsinə baxış keçirilib. İldə 1,9 milyon cüt corab istehsal etmək gücündə olan bu müəssisədə hazırda tikinti-quraşdırma işləri aparılır. Bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulan müəssisədə 40 nəfər işlə təmin ediləcək.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında