Mingəçevir Sənaye Parkında istehsal edilən iplik xaricə ixrac ediləcək

Pambıqçılığın sürətli inkişafı innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin yaradılmasını gündəmə gətirib. Hazırda ölkədə illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Bu günlərdə Mingəçevir Sənaye Parkında daha iki iplik istehsalı fabrikinin açılışı olub. Bu fabriklər parkın ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətin müəssisələridir. Yeni fabriklərdə pambıq mahlıcından ildə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur.

Beləliklə, Mingəçevirdə işə başlayan iki fabriklə birlikdə ölkədə iplik müəssisələrinin sayı 8-ə çatıb. Yeni fabriklər ən müasir avadanlıqlarla təchiz olunub. Burada Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərində istehsal edilmiş avadanlıqların quraşdırılması müəssisələrin ən son texnologiyalar əsasında yaradıldığını göstərir. Burada 20 min ton ipliyin yarısı “Ring”, yarısı “Open End” üsulu ilə istehsal ediləcək. Bu üsulların bir-birindən fərqi ondan ibarətdir ki, “Ring”lə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaqdır. Ona görə də uzun lifli pambıqdan alınır və daha qiymətlidir. Bu məhsuldan toxunan parçalardan əsasən köynəklər istehsal olunacaq.

“Open End” üsulu ilə alınan iplikdən nisbətən qalın parça, məsələn, cins və s. hazırlanır. Mingəçevirdə istehsal olunan ipliklər xarici ölkələrə ixrac ediləcək. Nəticədə ölkə  əlavə valyuta qazanacaq.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında