Prosedurlar sadələşdirilib

Azərbaycan Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq, bundan sonra sahibkarlar Mingəçevir, Sabirabad, Bərdə, Qəbələ, Masallı rayonlarında da “ASAN xidmət” mərkəzlərində mövcud və ya inşa ediləcək tikinti obyektlərinə 150 kilovata qədər mövcud 0,4 kV-luq şəbəkədən elektrik enerjisi çəkdirə biləcəklər. Qeyd edək ki, indiyə qədər sahibkarların elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Gəncə və Quba rayonlarındakı “ASAN kommunal” mərkəzləri tərəfindən həyata keçirilirdi.

Bu mövzuda jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Araşdırmalar və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn, “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli ətraflı məlumat veriblər. Bildirilib ki, 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq, “Azərişıq” ASC tərəfindən “ASAN kommunal” və “ASAN xidmət” mərkəzləri vasitəsilə maksimum 24 gün müddətində veriləcək. Nəzərə almaq lazımdır ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində biznes fəaliyyəti üçün elektrikə qoşulma aylarla vaxt aparsa da, Azərbaycanda sahibkarın elektrikə qoşulması prosesi 69 gündən 24 günə endirilib. Bu  sahədə daha bir yenilik isə  vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə endirilməsidir. Sahibkarların bu islahat prosesindən əldə etdiyi daha bir üstünlük əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında