Kənd təsərrüfatı təyinatlı torpaq sahələri genişləndirilir

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) verilən məlumata görə, 50 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Məlumatda qeyd olunur ki, 2017-ci il ərzində ümumilikdə 101 min hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi də bu sahədə aparılan genişmiqyaslı işlərin nəticəsidir. Ötən il kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə 177 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, 152 min hektar torpağın təyinatı kənd təsərrüfatı məqsədilə dəyişdirilib. Həmin ərazidə 28 aqropark və 13 iri təsərrüfatın yaradılması nəzərdə tutulub.

Vaqif BAYRAMOV,

”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında