Qida Təhlükəsizliyi Agentliyi geniş maarifləndirmə aksiyalarına başlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi geniş maarifləndirmə aksiyalarına başlayıb. Əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına martın 1-dən etibarən start verilib.

Son illər ölkədə dövlət idarəetmə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların tərkib hissəsi olaraq yeni qurum - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təsis edilib. Agentliyin yaradılması ilə vətəndaşlara göstərilən qayğının səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoyub. Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi agentliyin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur.

Bu sahədə maarifləndirmə aksiyalarına başlayan agentlik “5 addımda qida təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycanın gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.

Hazırlanan maarifləndirmə materiallarında “tarladan süfrəyə” prinsipi ilə həyata keçirilən qida zənciri, uşaqlar üçün yemək çantası hazırlayan zaman diqqət edilməsi vacib olan məqamlar, məişətdə sadə qaydalarla qidanın təhlükəsizliyinə əməletmə qaydaları öz əksini tapıb.

Qida təhlükəsizliyi terminlərini sadə və anlaşılan dillə, ən geniş auditoriyaya çatdırmağı hədəf götürən agentlik bu layihə çərçivəsində məlumatlandırıcı materialları təhsil müəssisələrində, insanların daha çox vaxt keçirdiyi ictimai iaşə, xidmət obyektlərində və sosial şəbəkələrdə yayacaq.

Vaqif BAYRAMOV,

”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında