Milli Məclis "Bahar" və "Qum-Dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş layihəsini təsdiq etmişdir

Milli Məclis "Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-Dəniz" yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Dövlət Neft Şirkəti, "Bahar Enerji Limited" və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun qəbul etmişdir.
Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirmişdir ki, saziş Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq ötən il dekabrın 22-də imzalanmışdır.
Sənəddə hasilatın pay bölgüsü, işçi qüvvələrinin nisbəti, sərmayə qoyuluşu ilə bağlı müddəalar və digər şərtlər öz əksini tapmışdır. Layihənin həyata keçiriləcəyi ilk 5 il müddətində bu sahədə çalışacaq mühəndis-texniki işçilərin 70 faizi, fəhlələrin 90 faizi, 5 ildən sonra isə mühəndis-texniki işçilərin 90, fəhlələrin isə 95 faizi Azərbaycan vətəndaşları olacaqlar. Sazişə görə həmin yataqdan əldə olunacaq gəlirlər də olduqca səmərəli bölüşdürüləcəkdir.
Müzakirələr zamanı çıxış edən deputatlar sənədin Azərbaycanın maraqlarına uyğun və yataqdakı risklər nəzərə alınmaqla yüksək səviyyədə hazırlandığını vurğulamışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında