İsmayıllıda turizmin inkişafı təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti işgüzar forum İsmayıllı rayonunun Qalınçaq kəndində təşkil olunub.

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Fond tərəfindən rayonun iqtisadi potensialına uyğun olaraq cins heyvandarlıq, tərəvəzçilik, arıçılıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması, startap və kənd turizmi üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forumda müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 220 min manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılmış müalicə-sağlamlıq kompleksində, 300 başlıq cins heyvandarlıq təsərrüfatında aparılan işlərə və 602 hektar ərazidə aqroparka baxış keçirilib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında