1,65 milyon dollarlıq SOCAR istiqrazı satılıb

Azərbaycanın qiymətli kağızlar bazarında 19-23 fevral tarixlərində SOCAR istiqrazları üzrə 1,65 milyon dollarlıq əməliyyat aparılıb. İstiqrazların marketmeykeri "PSG Kapital" şirkətinin məlumatına görə, ötən həftə təkrar bazarda 1 644 istiqraz alınıb-satılıb. Satılan istiqrazların böyük hissəsi fiziki şəxslər tərəfindən alınıb. İstiqrazların orta qiyməti 1 005,05 dollar olub.

2018-ci ildə SOCAR istiqrazları ilə 11,9 milyon dollarlıq əməliyyat aparılıb. Dövriyyəyə buraxıldıqdan indiyədək SOCAR istiqrazları ilə aparılan əməliyyatların həcmi 134,6 milyon dollar təşkil edir.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan bu istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazların nominal qiyməti 1000 dollar, illik gəlirliyi 5 faizdir. İstiqazları istənilən vaxt əldə etmək və ya satıb nağd pula çevirmək mümkündür.

 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında