Sumqayıtda mülki müdafiə tədbiri

SOCAR-ın "Azərikimya” İstehsalat Birliyində  1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə "Mülki müdafiə və mülki qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda geniş maarifləndirici tədbir keçirilib.

"Azərikimya” İB-nin etilen-polietilen zavodunun və Təmir-Tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin, zavod ərazisində fəaliyyət göstərən podratçı təşkilatların müvafiq xidmətlərini təmsil edən mütəxəssislərin və "Kimyaçı” poliklinikasının təcili tibbi yardım mərkəzinin həkim briqadasının, Sumqayıt şəhər DYMİ-nin 24 saylı Yanğından Mühafizə Hissəsinin qüvvə və vasitələrinin, həmçinin SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı avtonəqliyyat sahəsinin maşın və mexanizmlərinin də iştirak etdiyi tədbirdə əvvəlcə mülki müdafiə qüvvələrinin düzülüşünə, əmlak və avadanlıqlarının vəziyyətinə baxış keçirilib.

Sonra tədbirə cəlb olunmuş şəxsi heyətin müsahibə və sual-cavab yolu ilə mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində və fəlakətlərə qarşı mübarizədə rolu, mülki müdafiə və mülki qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı nəzəri bilikləri yoxlanılıb.

Tədbirdə, həmçinin əhalinin mühafizəsi və fəlakətlərə qarşı mübarizə sahəsində mülki müdafiənin rolu, mühafizə və xilasetmədə yeni texnologiyalardan istifadə edilməsi, peşəkar və təcrübəli kadr hazırlığı sisteminin yaradılmasının əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında