Fövqəladə halların idarə olunması mövzusunda nəzəri-praktik tədbirlər

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün tədbirlər planına müvafiq olaraq, Biləcəri dəmir yolu qovşağında, “Təsərrüfat İdarəsi” MMC-də, Mühafizə İdarəsinin Bakı Mühafizə komandasında, Bakı yük stansiyasında və digər müəsissələrdə “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda nəzəri-praktik tədbirlər keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd işçilərə fövqəladə hallar zamanı əhalinin və əmlakın təhlükəsizliyinin təmin edilməsi vərdişlərini və fövqəladə hallar zamanı davranış qaydalarını öyrətməkdir.

Tədbirlərdə fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri və mülki müdafiə qüvvələrinə cəlb edilməyən işçilər fəal iştirak ediblər.

Tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında