Təkrar qeydiyyat onlayn rejimdə aparılır

Ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, daşınmaz əmlakın qeydiyyatında da müsbət dinamika müşahidə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu sahədə xidmətlərin geniş şəkildə elektron müstəviyə keçirilməsi, prosedurların sadələşdirilməsi, müddətlərin azaldılması torpaqların, o cümlədən daşınmaz əmlakın qeydiyyat sahəsində əlçatanlığı və vətəndaş məmnunluğunu artırıb.  Bu isə öz növbəsində daşınmaz əmlak bazarının canlanmasına, alqı-satqı prosesinin intensivləşməsinə, torpaqlardan istifadənin genişlənməsinə, gəlirlilik əmsalının yüksək olmasına imkan verib.

Torpaqların, o cümlədən daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsində innovativ üsulların tətbiqi prosedurları tam olaraq elektronlaşdırılıb. Belə ki, daşınmaz əmlak və torpaq mülkiyyətçiləri, həmçinin bələdiyyələr təkrar bazarda alqı-satqı prosesini onlayn rejimdə rəsmiləşdirə bilirlər. Bu prosesdə notariuslarda alqı-satqı əməliyyatı aparılarkən əmlakın yüklülüyünə dair məlumat 10-15 saniyə ərzində onlayn rejimdə əldə edilir. Daha sonra alqı-satqı prosesi aparılaraq müqavilə imzalanır. Müqavilə elektron şəkildə reyestr xidmətinin yerli ərazi idarələrinə ötürülür. Qeydiyyat orqanı da bu müqavilə əsasında daşınmaz əmlakın və torpağın yeni sahibinin adına elektron formada çıxarış tərtib edir.

Vətəndaş məmnunluğunu təmin edən yeniliklərdən biri elektron çıxarışın tətbiqi də təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Sistemin tətbiqi proseduru olduqca sadələşdirərək təkrar qeydiyyatın optimallığını və çevikliyini artırır. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.

Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında