İnvestisiya qoyuluşunun həcmi artır

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 milyon manat vəsait yönəldilmişdir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, istifadə olunmuş vəsaitin 801,9 milyon manatı və ya 83,5 faizi məhsul istehsalı obyektlərinin, 105,5 milyon manatı (11 faizi) xidmət sahələri üzrə obyektlərin, 52,9 milyon manatı (5,5 faizi) isə ümumi sahəsi 121 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Ümumi sərmayənin 19,5 faizi dövlət, 80,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 52,1 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 782,1 milyon manat, bank kreditləri 63,9 milyon manat, büdcə vəsaitləri 58,7 milyon manat, büdcədənkənar fondların vəsaitləri 6,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 49,5 milyon manat təşkil etmişdir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında