Kimya məhsullarının artım dinamikası

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki,  cari ilin birinci ayında ölkənin kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 59,8 milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 1,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 28,3 faiz azalmış, əczaçılıq məhsullarının istehsalında isə 3,1 dəfə artmışdır.

Əsas kimya məhsullarından olan azot istehsalı 18,4 faiz, oksigen istehsalı 75,8 faiz, propilen istehsalı 10,9 faiz, lak-boya məmulatlarının istehsalı 41,3 faiz, etilen istehsalı 10,9 faiz artmışdır. Həmçinin rezin və plastik kütlə məmulatlarından bərk polipropilen boruların istehsalında 1,9 dəfə, butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatların istehsalında 9,8 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalında isə artım 25,8 faiz olmuşdur.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında