Emal sektorunun istehsal həcmi artır

Cari ilin yanvar ayında emal sənayesində tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, tikinti materiallarının istehsalı 22,2 faiz, hazır metal məmulatlarının istehsalı 81,5 faiz, mebel istehsalı 8 faiz artmışdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Məlumatda, həmçinin qeyd olunur ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,2 faiz azalmışdır.

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2018-ci il vəziyyətinə 523,6 milyon manatlıq hazır məhsul olmuşdur.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında