2018-ci ildə dövlət rezervlərimiz əhəmiyyətli dərəcədə artacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondunun və Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit və fiskal siyasət birmənalı şəkildə proqnozlaşdırmağa əsas verir ki, bu il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən biri olacaq.

Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman Azərbaycanın dövlət rezervləri cəmi 1,8 milyard dollar idi. Ötən müddətdə həmin rəqəm 42 milyard dollara qədər yüksəldi. 2017-ci ildə ölkəmizin rezervləri 5 milyard dollar artdı. Baxmayaraq ki, bazar qiyməti aşağıdı, ona rəğmən dövlət rezervlərimizdə artım baş verdi. Ötən il büdcə üzrə nəzərdə tutulan öhdəlikləri də yerinə yetirmək mümkün oldu. İqtisadiyyatdakı stabillik təmin edildi. Bu, dövlət rezervlərinin artmasında özünü göstərdi. Bu baxımdan ölkədə həyata keçirilən fiskal konsolidasiya siyasəti nəticə etibarilə dövlət rezervlərimizə, fiskal öhədliklərimizin yerinə yetirilməsinə imkan verdi.

Qeyri-neft sektorunun inkişafı üçün də təməl formalaşdığını deyən V.Bayramov büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun mərhələli şəkildə xüsusi paya malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bu da dövlət rezervlərimizin qorunmasına və hətta artırılmasına şərait yaradır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında