İnvestisiya layihələrinin maliyyələşdirilməsi diqqət mərkəzində saxlanılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Qax rayonunda keçirilən forumda fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O deyib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına investisiya layihələrinin maliyyələşdirilməsinə 19 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verib. Qeyd edilib ki, Qax rayonunda balın emalı və sənaye üsulu ilə qablaşdırılması üzrə müasir müəssisənin yaradılması planlaşdırılır. Bu müəssisədə emal olunan bal “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxarılacaq. Ümumilikdə, arıçılığın inkişafı ilə bağlı indiyədək 430-dək sahibkara 4,7 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda aparılan işlərə baxış keçirilib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında