Daşınmaz əmlakın qeydiyyata alınması diqqətdə saxlanılır

Ötən il 200 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,5 faiz artıb. Göstəricinin 60 minə yaxını ilkin, 137 mindən çoxu isə təkrar qeydiyyata aid olub.

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması istiqamətində də işlər uğurla həyata keçirilir. Görülən tədbirlərin nəticəsidir ki, kadastr məlumatlarına istinad etməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndindən olan 604 ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemli məsələləri öz müsbət həllini tapıb. Torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpağı ayrılıb. Pay torpaqları almış vətəndaşlara isə mülkiyyət hüququnu təsdiq edən sənədlər də təqdim olunub.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında