İFC Azərbaycanda ixracyönümlü müəssisələrə investisiya yatırmağı nəzərdə tutur

Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycanın müxtəlif istehsal sahələrində, o cümlədən ixracyönümlü sənaye sahələrində rəqabətqabiliyyətli müəssisələrə investisiya yatırmağı nəzərdə tutur.

İFC-in regional direktoru Yan van Bilsen bildirib ki, Azərbaycanda  rəqabətqabiliyyətli qeyri-neft iqtisadiyyatının yaradılması gələcək iqtisadi artım və iş yerlərinin açılması üçün vacib amildir: “Bu, yalnız özəl sektorun potensialından istifadə edərək əldə edilə bilər ki, bu da iqtisadiyyatda investisiya qoyuluşunu, məhsuldarlığı və davamlılığı artıracaq. Biz müxtəlif istehsal sahələrində, o cümlədən ixracyönümlü sənaye sahələrində şəffaf və yaxşı idarə olunan rəqabətqabiliyyətli müəssisələrə investisiyalar üçün açığıq. İFC Azərbaycanda, xüsusilə də enerji və nəqliyyat sektorunda investisiya layihələrində iştirak etməyə hazırdır".

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. İndiyə qədər İFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrini əhatə edən layihələrə 473 milyon dollar ayırıb.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında