Rayonlardakı yeni məhəllələrin elektrik enerjisi təchizatı yaxşılaşdırılır

“Azərişıq” ASC-in mətbuat xidmətinin məlumatında bildirilir ki, Azərbaycanın regionlarında yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparılır, yeni güc mərkəzləri yaradılır, 0,4 kV-luq paylayıçı şəbəkələr yenidən qurulur.

Məlumatda, həmçinin qeyd edilir ki,  yeni yaşayış massivləri salınarkən komunikasiya sistemi də hazır vəziyyətdə insanlara təhvil verilməlidir və bunun məsuliyyəti “Azərişıq” ASC-nin üzərində deyil: “Ancaq hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchiz edilməsini qarşıya məqsəd qoyan “Azərişıq” ASC adətən “yeni məhəllələr” adlanan yaşayış massivlərinin elektrik enerjisi təchizatını fərdi qaydada yenidən qurur”.

Hazırda yaşayış massivlərinin elektrik enerjisi təchizatının yenidən qurulması Şirvan şəhərində həyata keçirilir. Qeyd edək ki, Şirvan şəhərinin şimal-şərq hissəsində bələdiyyə fondundan fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələri satılsa da, yeni yaşayış massivinin enerji təchizatı şəbəkəsi qurulmayıb. Bunun müqabilində isə bu işlərin vətəndaşların vəsaiti hesabına görüləcəyi şərti ilə bələdiyyə və vətəndaşlar arasında torpaqların alqı-satqı müqaviləsi bağlanıb. Ərazidə son on il ərzində 2000-dən artıq fərdi yaşayış evi tikilib.Bəzi evlər texniki şərt alaraq pərakəndə şəkildə qeyri-standart elektrik verilişi xətləri çəksələr də,”Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmayıb.Bu isə bir sıra çatışmazlıqlara, təhlükə mənbəyinə, o cümlədən qəzalara və bununla da ciddi itkilərə səbəb olub. Eyni zamanda sözügedən ərazidəki xeyli sayda ev bu günə kimi işıqsız qalırdı.

“Azərişıq” ASC-nin yeni yaşayış massivlərinin elektrik enerjisi təchizatının yenidən qurulması layihəsi əsasında 2017-ci ilin sonundan başlayaraq Şirvan şəhərində genişmiqyaslı işlərə başlanılıb. Artıq şəhərin Ç.Mustafayev küçəsində 44, Ə.Kürçaylı küçəsində isə 40 fərdi yaşayış evinin 0,4 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulub. Eyni zamanda,  yeni yaşayış massivlərində güc mərkəzləri yaradılaraq əraziyə hava elektrik verilişi xətləri çəkilib. Yeni istehlakçıların texniki şərt əsasında şəbəkəyə qoşulması Asan Xidmət Mərkəzləri ilə birgə həyata keçirilib. Ötən müddət ərazində 18 vətəndaş “Sabirabad Asan Xidmət Mərkəzi”nə müraciət edərək texniki şərt alıb və dərhal onların fərdi yaşayış evlərinə sayğac quraşdırılaraq enerji təchizatı təmin edilib. Eyni zamanda vətəndaşların elektrik şəbəkəsinə qoşulmasının kütləviliyi nəzərə alınaraq müraciətlərin daha çevik həlli üçün Səyyar “ASAN” xidmət vaqonu əraziyə ezam olunub. Artıq neçə gündür ki, yeni yaşayış massivinin sakinləri Səyyar “ASAN” xidmətə şəxsiyyət vəsiqələrini təqdim etməklə elektrik təchizatı şəbəkəsinə qoşula bilirlər. Yaxın müddətdə digər abunəçilərin də “Səyyar ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması təmin ediləcək.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında