Yeni sənaye zonaları yaradılacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi ölkədə sənaye zonalarının artırılması ilə bağlı təkliflər hazırlayacaq. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O bildirib ki, hazırda qurum sənaye zonalarının yaradılması üçün potensiala malik regionları tədqiq edir: “Bildiyiniz kimi, ötən illər ərzində ölkədə beş sənaye parkı, dörd sənaye məhəlləsi yaradılıb. Yeni sənaye zonalarının yaradılması ilə bağlı iş davam edir. Hazırda biz hər bir rayonun potensialının qiymətləndirməsi işləri ilə məşğuluq”.

Sənaye zonalarının yaradılacağı rayonların adları tədqiqatın başa çatmasından sonra açıqlanacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda Sumqayıt Kimya-Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir.

Bir müddət əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev Ağdam, Ağstafa və Qazax rayonlarında sənaye zonalarının yaradılması imkanlarının araşdırıldığını da bildirmişdi.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında