Avropa Yenidənqurma və İnkişaf Bankı TAP layihəsinə 1,2 milyard avro ayıracaq

Bunu Reuters-ə AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera deyib. O qeyd edib ki, 500 milyon avroyadək məbləğ Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən birbaşa, 700 milyon avro isə sindikatlaşdırılmış kredit qismində ayrılacaq: "Kredit ayrılması barədə yekun qərarın 2018-ci ilin ortalarına qəbul edilməsi gözlənilir".

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP-ın ümumi dəyəri 4,5 milyard avro təşkil edir. Bu kəmər  Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək.

 Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında