“Abşeron” qaz yatağında hasilata 2020-ci ilin əvvəlində başlanacaq

 Bu barədə “Total” şirkətinin ictimai dinləmələrə təqdim edilən layihənin ətraf mühitə təsiri haqqında hesabatında məlumat verilir. Yataqda qazma işlərinə 2018-ci ilin martında başlanacaq və təqribən bir il davam edəcək.

Qeyd edək ki, “Total” şirkətinin  2011-ci ilin sentyabrında qazdığı ilk kəşfiyyat quyusu “Abşeron” yatağında böyük həcmdə karbohidrogen ehtiyatlarının (326 milyard   kubmetr qaz və 108 milyon ton kondensat) olduğunu təsdiqləyib. “Abşeron” yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində ildə 1,3 milyard kubmetr, ikinci mərhələsində isə ildə 4 milyard  kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında