Maliyyə Nazirliyinin istiqrazlarına tələb 2,5 dəfə artıb

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104002685 ISIN-li, 35 milyon manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-nin mediaya açıqlamasında bildirilir ki, hərraca 23 investor qiyməti 87,7784 manat (13,9999 faiz) və 93,0588 manat (7,5 faiz) olan 37 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,6301 manat (8,0001 faiz), orta ölçülmüş qiyməti 92,698 manat (7,9205 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165 milyon 189 min 900 manat, yerləşdirilmiş məbləği isə 35 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 19 fevral 2019-cu ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

 

Hazırladı: T.AYDINOĞLU,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında